Ucarda itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub.
Rayonun Qaradağlı kənd sakini 31 yaşlı Gülnar Həşimova dekadrın 8-də gecə saatlarında yaşadığı evdən çıxıb, geri qayıtmayıb. Yaxınları bu haqda rayon polis şöbəsinə məlumat verib.
Polislər Gülnar Həşimovanın rayon ərazisində bıçaqla qətlə yetirilmiş meyitini tapıblar. Ekispertiza və pataloji anatomiya birliyinin Ucar rayon şöbəsində meyitə baxış zamanı məlum olub ki, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər olub.
Faktla bağlı Ucar rayon prokurorlunda cinayət işi açılıb. Qətli törəndən şəxs və şəxslərin tapılması istiqamətində araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR