Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutulub.
Oxu24.com Report-a istinadən bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com
ŞƏRHLƏR