Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
803
az

Qardaşının məzarı başında bibisini öldürdü - Qubadakı qətlin təfərrüatı

21:2318 Aprel, 2018
1046
  • A
Ouba rayonunda qəbiristanlıqda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

“Oxu24.com”un Lent.az-a istinadən məlumatına görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.
 
Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
 
Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılandan sonra hadisəni xatırlamadığını deyib. Keçmiş məhkumun qardaşının məzarı başında bibisini hansı səbəbdən döyməsi hələlik qaranlıq olaraq qalır.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ