Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80298
az

Ağdaşda naməlum xəstəlik: heyvanlar tələf olur

12:0007 Yanvar, 2023
95
CƏMİYYƏT
  • A
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
 
OXU24.COM "Report"a istinadən xəbər verir ki, hadisə Yenicə kəndindən olan fermerə məxsus təssərrüfatda baş verib.
 
Rayon sakini Ramin Bəndəliyev təsərrüfatında olan heyvanları örüş sahəsindən qaytardıqdan bir neçə saat sonra onlardan 2 baş qoyunun öldüyünü görüb. Daha sonra fermer digər qoyunların da halsız vəziyyətdə olduğunu müşahidə edib. Fermer sahə baytar həkiminə müraciət edib. Əraziyə cəlb olunaraq müayinələrə başlayan sahə baytar həkimlərin ilkin ehtimalına görə, qoyunlar zəhərləniblər.
Bundan sonra digər 100-ə yaxın qoyun və keçiyə də baytar həkimin məsləhəti ilə dərmanlar verilib. Eyni zamanda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanların saxlanıldığı ferma dezinfeksiya edillib. Daha sonra Qida Təhlukəsizliyi Agentiliyinin nümayəndələri də fermaya gələrək ölmüş heyvanlardan nümünələr götürüblər və Agentliyin laboratoriyasına göndəriblər.
 
Analizlərin cavabından sonra heyvanların ölümünün dəqiq səbəbləri məlum olacaq. Qeyd edək ki, ölmüş heyvanlar dezinfeksiya olunaraq basdırılıb. Təsərrüfat sahibinin sözlərinə görə, 2 gün öncə ona məxsus 1 baş camış da eyni şəraitdə ölərək tələf olub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb