Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80265
az

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTO

14:4706 Yanvar, 2023
246
KRİMİNAL
  • A
Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.
 
OXU24.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobillə toqquşandan sonra aşan "Opel"də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. 
 
Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.
 
Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR