Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80264
az

Bu hərbi qulluqçular ordudan tərxis olundu - VİDEO

14:2706 Yanvar, 2023
354
HƏRBİ
  • A

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq sərəncamının icrası ilə bağlı orduda həyata keçirilən tədbirlər davam edir.

Bu barədə OXU24.COM -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə rayon və şəhərlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların təntənəli yola salınma mərasimləri keçirilir.

Keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb.

Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə uğurlar arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular daima vətənin müdafiəsi naminə cənab Ali Baş Komandanın əmrinə hazır olacaqlarını bildiriblər. Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi