Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8022
az

"O qız ermənidir, onu öyrədən..." - Rəşid Mahmudov Mübariz İbrahimovu təhqir edən psixoloqa

15:5117 Dekabr, 2018
750
CƏMİYYƏT
  • A
 Xəbər verdiyimiz kimi, psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edib. O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil" adlandırıb: "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri arasında Mili Qəhrəman barəsində bu cür fikirlər səsləndirən şəxsin cəzalandırılmasını tələb edənlər də az deyil.

Bununla bağlı Big.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov bildirib ki, Azərbaycanda elə bir insan olmaz ki, Mübariz İbrahimovu sevməsin: "O, Azərbaycanın qəhrəmanıdır. Sizdən xahiş edirəm ki, o qız kimdirsə onun millətini axtarıb tapın. Ən əsası isə onu öyrədəni ortaya çıxarın. Mübariz İbrahimov Azərbaycan xalqının qəhrəmanıdır. Kimin nə həddinə ki, onun haqqında bu cür ifadələr işlətsin. Bəlkə də o qızın milləti ermənidir. Bunu da ortaya çıxartmaq siz jurnalistlərin borcudur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzünüzə küncüt çəkin və effektini görün
Bu pomidorları almayın - RİSKLİDİR
Azərbaycanda müəllim vəfat etdi - FOTO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü