Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80189
az

Maaş artımı kimlərə şamil ediləcək? - SİYAHI

15:1005 Yanvar, 2023
635
CƏMİYYƏT
  • A

Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, 2023-cü ilin yanvarın 1-dən minimum əməkhaqqları 45 manat və ya 15 faiz artırılaraq 345 manat olacaq. Minimum maaşın artırılması bütün işçilərə şamil edilməyəcək. 


Oxu24.com  xəbər verir ki, minimum maaş artımı xüsusi qaydada əməkhaqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanlara şamil olunacaq. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır.


Vahid Tarif Cədvəli üzrə maaş alanlar isə aşağıdakılardır:


– elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;


– dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;

Ətraflı

– dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları;


– dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);


– dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi və s.) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.(sfera)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
Sabah hava necə olacaq?
İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı