Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8012
az

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko daha bir gizlini açdı + VİDEO

09:4617 Dekabr, 2018
712
  • A
 Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər.


Oxu24.com   “Virtualaz.org”a istinadən xəbər verir ki, həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb.

“Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə susmusan? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?” – Lukeşanko bildirib.

Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.

“Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum”, - Lukaşenko əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi