Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80043
az

Məşhur alim vəfat etdi

21:3903 Yanvar, 2023
955
SON DƏQİQƏ
  • A

Sovet və rus politoloqu, şərqşünas və islamşünas Aleksey Malaşenko 72 yaşında vəfat edib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Facebook-da politoloq Arkadi Dubnov məlumat verib.


“Aleksey Malaşenko vəfat edib.  Parlaq alim, görkəmli islam alimi, ləyaqətli insan, sadəcə dost”, - deyə Dubnov yazıb.

Aleksey Malaşenko Moskva Karnegi Mərkəzində Din, Cəmiyyət və Təhlükəsizlik Proqramının keçmiş məsləhətçisidir. Bu illər ərzində o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və  Ali İqtisadiyyat Məktəbində dərs deyib, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, və Şərqşünaslıq İnstitutunda din sektoruna rəhbərlik etmişdir. Aleksey Malaşenko həm də Colgate Universitetində (ABŞ) professor kimi çalışıb. “Mərkəzi Asiyada İslam”, “İslam alternativi və islamçı layihə”, “Rusiya üçün İslam”, “Mənim İslamım” kimi rus, ingilis, fransız və ərəb dillərində 18 kitabın müəllifidir.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı