Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7981
az

Bu yazını oxuyub əzgili daha çox xoşlayacaqsınız

21:0515 Dekabr, 2018
811
CƏMİYYƏT
  • A
Əzgilin sağlamlığımız üçün bir çox faydaları var.

Əzgil A, C, B qrupu vitaminləri, kalium, maqnezium, marqans, fosfor, dəmir, pektinlər və qidalı liflərlə zəngindir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əzgil ürək və damarlar üçün çox faydalıdır. Bunun səbəbi əzgilin tərkibində kalium və maqneziumun olmasıdır. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi azaldır, təzyiqi normallaşdırır, xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.

Əzgilin tərkibində olan pektin və qidalı liflər bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, orqanizmdən toksin, radionukleid, ağır metalların duzları və s. ziyanlı maddələri xaric edir.  

Kal əzgil əksinə bağırsaqları "yığır", ishal zamanı kömək edir.

A vitamini sayəsində əzgil dərinin vəziyyətini yaşılaşdırır, cavanlaşdırır, dəridə iltihabları azaldır.

Həmçinin A vitamini yaxşı görmə üçün çox vacibdir - görmə problemlərinin, o cümlədən kataraktanın riskini azaldır.
Əzgil nəfəsalma sistemi üçün ən faydalı məhsullardan biridir. Əzgil nəfəs yollarını təmizləyir, astma xəstələrinin vəziyyətini yaxşılaşdırır.  Xalq təbabətində əzgil yarpaqlarının dəmləməsi öskürək zamanı müalicəvi vasitə kimi istifadə olunur.  

Həmçinin əzgil yarpaqlarının dəmləməsi arıqlamağa da kömək edir.

Əzgil qaraciyər üçün də çox faydalı sayılır. Pektinlər və qidalı liflər sayəsində orqanizmi təmizləyən əzgil qaraciyərə düşən yükü azaldır.

Əzgil cinsiyyət sisteminin normal fəaliyyəti üçün çox faydalıdır.

Fol turşusu sayəsinə əzgil qanazlığı zamanı kömək edir. Həmçinin fol turşusu hamilə qadınlar üçün də çox vacibdir - dölün sinir sisteminin normal formalaşmasını təmin edir, uşaqda inkişaf qüsurlarının riskini azaldır.  

Antioksidant və flavonoidlərlə zəngin olduğundan əzgil immun sistemini möhkəmləndirir, onkoloji xəstəliklərin riskini azaldır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO