Hindistan zooparkında şir onu sığallamaq üçün əlini qəfəsə salan kişini dişləyib.
OXU24.COM bildirir ki, bu barədə NDTV məlumat yayıb.
Bir qrup kişi aslanlar olan qəfəsə yaxınlaşıb və ziyarətçilərdən biri yırtıcı heyvanın kürəyini sığallamağa başlayıb. Aslan müqavimət göstərmədiyi üçün başqa bir adam ikinci yırtıcının başına toxunmağa çalışıb. Birdən şir kişinin qolundan tutub.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.Hadisə videoya çəkilib. Kadrlarda zoopark ziyarətçisinin ağrıdan qışqıraraq əlini aslanın ağzından çəkdiyi görünüb. Yırtıcı hönkürməyə başlayıb və kişilər təşviş içində qəfəsdən uzaqlaşıblarVideo internetdə 50 mindən çox baxış toplayıb. Bir çox istifadəçi heyvanı narahat etdiyinə görə kişini qınayıb. "Bu ev pişiyi deyil. Cahil", - şərhçilərdən biri yazıb. Bəziləri yazıb ki, adam belə bir cəzaya layiqdir. İstifadəçilərin fikrincə, bu, vəhşi heyvanlara yaxınlaşmağın nə qədər təhlükəli olduğunu xatırladıb.
ŞƏRHLƏR