Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79789
az

Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib

09:0230 Dekabr, 2022
211
KRİMİNAL
  • A

Bakıda taksi sürücüsünə qarşı hədə-qorxu gəlinərək telefonu və pulu ələ keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə dekbarın 27-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İlyasov Elmir Saday oğlu polisə müraciət edərək saat 02 radələrində idarə etdiyi "Xəzər" markalı maşınla taksi fəaliyyəti ilə məşğul olan zaman "Uber" taksi şirkətinə daxil olmuş sifarişə əsasən, Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 9 ünvanına gətirdiyi tanımadığı şəxsin qeyd olunan ünvana gəldikdə onu döyərək dəyəri 1400 manat olan "Honor" markalı mobil telefonu və 65 manat pulunu alaraq hadisə yerindən uzaqlaşmasını bildirib.

Hadisə ilə bağlı E.İlyasov polis bölməsinə dəvət edilib, ərizə və izahatı alınarkən
döyülmədiyini, bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi olmadığını, lakin həmin şəxsin ona hədə-qorxu gələrək mobil telefonunu və 65 manat pulunu götürüb getməsini deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb