Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79761
az

Azərbaycanla İsrail siyasi məsləhətləşmə apardı

21:5829 Dekabr, 2022
393
  • A

28-29 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrail Dövlətinə işgüzar səfəri baş tutub.
 

XİN-dən Oxu24.com-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib.


Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə görüşüb.

Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra arasında görüş keçirilib.

İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğanla danışdı
Paşinyandan etiraf: Ermənistan vətəndaşları buna görə ölkəni tərk edirlər

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO