Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79735
az

“Tik Tok”da canlı yayım açıb polisi söyən şəxs həbs olundu

18:1229 Dekabr, 2022
188
KRİMİNAL
  • A

“Tik Tok” sosial şəbəkədə canlı yayın açaraq polisin ünvanına nəlayiq söyüşlər söyən şəxs həbs olunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 28-də Sumqayıt şəhərində baş verib. Belə ki, Murad Əsədov (şərti) adlı şəxs sosial şəbəkə hesabında açdığı canlı yayında polisi söyərək xuliqanlıq edib. O, Sumqayıt şəhəri, Sülh və H.Əliyev prospektlərinin kəsişməsində xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə tabe olmayıb. 

M. Əsədov məhkəmədə deyib ki, o, dostları Nihad və Telmanla Sumqayıt şəhərində restoranların birində pivə içdikdən sonra "Tik-Tok"da canlı efir açaraq Sülh prospekti ilə hərəkət edən zaman yolun kənarında dayanan PPX-nin ünvanına nalayiq ifadələr işlədib.

Bunu görən PPX-nın əməkdaşı onlara yaxınlaşaraq nizam-intizama dəvət etsələr də o, sərxoş halda olduğundan polisin qanuni tələbinə məhəl qoymayıb. PPXnın əməkdaşı ona avtopatrula əyləşdirmək istəyərkən digər dostu qeyd olunan ərazidən qaçmağa cəhd edib. Lakin PPX-nin əməkdaşı onu və dostunu saxlayaraq avtopatrula əyləşdirərək ərazi üzrə 4-cü PB-nə gətirib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Murad Əsədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirləndirilərək 20 gün müddətə həbs olunub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb