Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79724
az

Kapital Bank KOBİA tərəfindən mükafata layiq görüldü

10:4829 Dekabr, 2022
408
  • A

Kapital Bank KOBİA tərəfindən mükafata layiq görüldü

 

28 dekabr 2022-ci tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Kapital Bank-ın sponsorluğu ilə sahibkarlar üçün tədbir keçirildi. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdimat mərasimi baş tutdu.

 

“KOB-ları dəstəkləyən bank” nominasiyası üzrə “Dayaq” mükafatı Kapital Bank-a verildi. Mükafat Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov tərəfindən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyeva təqdim edildi.

 

Qeyd edək ki, “Dayaq” mükafatı sahibkarlara bu il ilk dəfə təqdim olunub. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qlobal iqtisadiyyat üçün tutqun proqnoz
Ekspert qlobal neft böhranı ehtimalını dəyərləndirib
Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşdi

WhatsApp-a bir yenilik gəlir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO