Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7972
az

Azərbaycanda ŞOK: Jurnalistlə deputat əlbəyaxa dava edib - TƏFƏRRÜAT

14:3515 Dekabr, 2018
975
SİYASƏT
  • A
 Milli Məclisin deputatı Kamran Nəbizadənin restoranda kiminlə dava etdiyi məlum olub.

Yenicag.az xəbər verir ki, deputat Kamran Nəbizadənin Bakı restoranlarından birində dava salması haqda məlumatı Eynulla Fətullayevin virtualaz.org saytı yayıb. Həmin məlumatda insidentin Fətullayevin gözü qarşısında baş verdiyi xüsusi vurğulanıb.

Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, Yenicag.az deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib.

Bildirilir ki, Nəbizadənin “Bütün jurnalistləri Qaşıqçı kimi qaşığın içində, “kislota”da əritmək lazımdır” sözlərinə Fətullayevin kəskin cavabı deputatla jurnalistin əlbəyaxa davaya çıxmaları ilə nəticələnib.

Masa ətrafındakıların müdaxiləsindən sonra davanı sakitləşdirmək mümkün olsa da, Fətullayev öz iştirakını qabartmadan, insidenti ictimailəşdirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?