Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79587
az

Putin adamını gizli yolla Gürcüstana göndərir?

21:5227 Dekabr, 2022
189
DÜNYA
  • A

Gürcüstan hakimiyyəti Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun ölkəyə mümkün qeyri-rəsmi səfəri ilə bağlı məlumatları “cəfəngiyyat” və “yalan” adlandırıb.

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Bir sıra mənbələr “Putinin şəxsi nümayəndəsi”nin bir günlük məxfi səfər zamanı Gürcüstan hökumətinin nümayəndələri ilə görüşəcəyi barədə xəbərlər yayıb. “Hətta belə bir səfərin hazırlanması Gürcüstan və Rusiya hakimiyyətləri arasında etibarlı münasibətlərdən xəbər verir”, - yayılan məlumatda qeyd edilir.


“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bunun “cəfəngiyyat”, parlamentin spikeri Şalva Papuaşvili isə “tipik dezinformasiya” olduğunu deyib.

“Novosti-Georgia” xatırladır ki, son vaxtlar Rusiyada Gürcüstan rəhbərliyinə ünvanlanmış bir sıra bəyanatlar səsləndirilib. Belə ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov rəsmi Tbilisini yüksək qiymətləndirərək, Gürcüstan hakimiyyətinin “çətin vəziyyətdə, o cümlədən bizə qarşı xüsusi əməliyyatın keçirilməsində və sanksiyalarda məsuliyyət daşıyan siyasəti” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Denis Qonçar bildirib ki, Gürcüstan hökumətinin fəxr etdiyi ikirəqəmli iqtisadi artım proqnozu son vaxtlar məhz Rusiya və onun vətəndaşları hesabına əldə edilib.

 

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı