Üçqat dünya çempionu Pelenin vətəni olan Braziliyanın "Santos" futbol klubu əfsanənin dəfn mərasiminə qızıl tabutunu stadionun yanına qoyaraq hazırlayıb.
Oxu24.com xəbər verir ki, bu ona görə edilir ki, hər bir braziliyalı və hər bir futbol azarkeşi futbolçu ilə vidalaşa bilsin.
“İnternetdə yayımlanan kadrlar stadionun yanında içərisində qızıl tabut olan çadırın qurulduğunu göstərir”, - Rusiya mətbuatı yazır.
Braziliyalı futbol əfsanəsi Peleyə kolon xərçəngi diaqnozu qoyulub və hazırda xəstəxanadadır. Britaniyalı iş adamı, idman menecmenti agentliyinin sahibi Frank Xalid bildirib ki, Pele artıq ailəsi və dostları ilə vidalaşıb. "Futbol əfsanəsi xərçənglə mübarizəni yavaş-yavaş uduzur, ailəsi onun vəziyyətinin yenidən pisləşdiyini" deyib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR