Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79526
az

Putinin varisi postuna namizədlərin adları açıqlanıb - GÖRÜN KİMLƏR VAR

19:2026 Dekabr, 2022
98
DÜNYA
  • A

Politoloq Yevgeni Minçenko Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin 2022-ci ildə "öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyi" və bu gün Rusiya prezidenti Vladimir Putinin yerinə "əsas namizəd" olduğu fikrini ifadə edib.


Oxu24.com Rusiya mətbuatına istinadən  xəbər  verir   ki, Bir gün əvvəl Medvedev proqram xarakterli məqaləsində qondarma “hərbi əməliyyat”ın məqsədlərini, o cümlədən “Ukrayna dövlətinin tam silahsızlaşdırılması”nı açıqlamışdı. O, öz ölkələrinin məğlub olmasını istəyənləri də “satqın” adlandırıb və “indi tərksilahla bağlı yeni sazişlərə ehtiyac olmadığını” deyib.

"Hələlik əsas ssenari Putinin 2024-cü ildə seçkilərə getməsi və seçkilərdə qalib gəlməsidir. Təbii ki, fərqli ssenarini fərz etsək, Medvedev bir nömrəli varis namizəddir", - ekspert NSN-ə müsahibəsində bildirib.

O qeyd edib ki, Putin həmişə müxtəlif variantlara baxır, lakin siyasətçilərin güclənməsindən danışsaq, bu il o, "Dmitri Medvedev və baş nazir Mixail Mişustinin şübhəsiz artımını, eləcə də Ramzan Kadırovun partlayıcı artımını" görür. Təsiri artan digər siyasətçilər arasında o, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Moskva meri Sergey Sobyaninin, Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun adını çəkib.


Lakin o, Medvedevi Vladimir Putinin heç vaxt böyük siyasətdən getməyən “ən etibarlı tərəfdaşlarından biri” adlandırıb. Ekspertin fikrincə, bunu məhz Medvedyevin “Çinlə rabitəçi kimi çıxış etməsi” sübut edir.

Minçenko onu da izah edib ki, Medvedev Telegram kanalında yazılar yazmaqla yanaşı, reklam olunmayan, lakin çox vacib olan “çox iş görür”. Xüsusilə, o qeyd edib ki, “hərbi sənaye kompleksinin yenidən qurulmasını” məhz Medvedyev müşayiət edir.

Medvedevin yeni il proqramının mətninə gəlincə, Minçenkonun sözlərinə görə, onun hazırlanmasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini şəxsən iştirak edib. Politoloq hesab edir ki, Medvedevin mətni “Ukraynada rejimin dəyişdirilməsi” məqsədini ifadə etdiyinə görə “dərəcə artımıdır”.

 

Tərcümə: Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO