Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79524
az

Ukrayna gecə saatlarında Rusiya ərazisini vurdu - VİDEO

23:5826 Dekabr, 2022
454
SON DƏQİQƏ
  • A

Ukrayna ordusu Rusiyanın Engelsdəki strateji aerodromuna daha bir  hücum edib.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  Ukrayna teleqram kanalları məlumat yayıb.

 

Dekabrın 26-na keçən gecə Saratov vilayətinin Engels şəhərindəki aerodrom yaxınlığında partlayış (yaxud bir neçə partlayış) barədə məlumat yayılıb.

Rusiya Aerokosmik Qüvvələrinin hava bazası  Engelsdə yerləşir. Bazar ertəsi səhər Rusiya Müdafiə Nazirliyi aerodrom üzərində Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirib. Agentlik həmçinin 3 hərbçinin “düşən dağıntılar nəticəsində” öldüyünü bildirib.

Dekabrın 5-də Rusiya Müdafiə Nazirliyi iki Rusiya hərbi aerodromunda partlayışlar barədə məlumat verib. Aerodromlara pilotsuz təyyarələr tərəfindən hücum edilib, nəticədə 3 hərbçi həlak olub.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın başladı
Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi