Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7952
az

Bu bitki ana südünü də əvəz edir - Tərkibində unikal elementlər var

22:4214 Dekabr, 2018
940
TİBB
  • A
Zeytunun meyvəsi ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını "maye qızıl" adlandırırdılar.

Oxxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu bitkinin tərkibində praktik olaraq insan orqanizminə lazım olan bütün mikroelement və vitaminlər var. Onun meyvəsinin 80 faizi doymamış yağ turşularından ibarətdir. Həmin yağlar isə heyvani yağdan fərqli olaraq aterosklerozun inkişafını dayandırır, ürək-damar sisteminə və həzm orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki F vitamininin əsas komponenti hüceyrə membranının qurulmasında iştirak edir. İmmunostimulyator, həzmyaxşılaşdırıcı, xora əleyhinə, qan laxtalandırıcı, antioksidant və zəif işlədici təsirlərə malik zeytun yarpaqlarının tərkibindəki oleuropein qan təzyiqini də stabilləşdirməyə kömək edir.

Fransız diyetoloqlarının fikrincə, zeytun yağı orqanizmi demək olar ki, bütün xəstəliklərdən qoruyur, qocalmanı dayandırır, bədəni cavanlaşdırır və ömrü uzadır. Kardioloqlar zeytun yağının miokard infarktı riskini 70 faiz azaltdığını söyləyirlər.

Zeytunun tərkibindəki doymamış yağ turşuları qadın cinsiyyət vəzilərinin funksiyasını normalaşdırır. Alimlər bitkinin tərkibindəki yağ turşularının ana südünə çox yaxın olduğunu müəyyən ediblər. Zeytun ağacının qabıqlarından kinə əvəzedicisi kimi istifadə olunmasına çalışırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı