Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79470
az

 Azərbaycanın Milli Qəhrəmanı Şəhidimiz Vəzir Orucovun doğum günüdür

10:1326 Dekabr, 2022
102
CƏMİYYƏT
  • A

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şəhidimiz Vəzir Orucovun doğum günüdür.


Oxu24.com xatırladır ki,Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı il Tərtər rayonunun Xoruzlu kəndində doğulub. Vəzirin valideyinləri Qərbi Azərbaycanın Dərələyəz mahılından idilər. Ermənilərin təzyiqlərinə məruz qalaraq öz doğma yurdlarını tərk edərək 1950-ci ildə Tərtər rayonunun Qarağaclı kəndinə köç edirlər. Sonra Xoruzlu kəndini özlərinə yurd yeri seçirlər. Vəzir orta təhsilini buradakı orta məktəbdə alır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikomuna daxil olur və bir ildən sonra hərbi xidmətə çağrılır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirir.
Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlayır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönür. 1992-ci ilin may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olur. Siravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürür. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi və texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi.
Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akoip Komori, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin bir çox planını puça çıxarır. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbəhəyə qayıdır. O, cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü il... Döyüşlər Ağdərə yaxınlığında Qlobus yüksəkiliyi uğrunda gedirdi. Zirvənin itirilməsi Ağdərə qəsəbəsinin işğalı demək idi. Yüksəkliyin ələ keçirilməsi Vəzirə və onun silahdaşlarına həvalə olundu. Vəzir adəti üzrə düşmən arxasına keçib gözlənilməz zərbə vurmaq istəyirdi. Lakin macal tapmadı. Snayper -qəhrəman Vətən oğlunu haqladı. O, əbədi gözlərini yumdu.
Qəhrəmanımız evlidir. Bir oğlu yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ