Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7947
az

"Yaxın illərdə Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Millət vəkili

20:3314 Dekabr, 2018
855
İQTİSADİYYAT
  • A
 "Yaxın illərdə Azərbaycanda heç bir devalvasiya gözlənilmir. Ümumiyyətlə, belə bir ssenari yoxdur".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Rüfət Quliyev bildirib.

Deputat deyib ki, Azərbaycanın qızıl və valyuta ehtiyyatlarında artım var:

"Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq Neft Fondunda 4 milyarddan yuxarı artım mövcuddur. Valyuta ehtiyatlarımızda da artım müşahidə olunur. Bu da son ayda 55 milyon dollar təşkil edir.

Makroiqtisadi göstəricilərə baxanda da Azərbaycanın inkişaf tempinin kifayət qədər yüksək olduğunu görürük. Azərbaycanın tədiyyə balansı müsbət saldo təşkil edir. Ötən ildən büdcədə qoyulan bütün proqnozlar öz əksini tapıb.

Neftin qiyməti isə 50 dollar səviyyəsinə ensə belə, bu Azərbaycanda ciddi problemlər yaratmaz".

R.Quliyev maliyyə naziri Samir Şərifovun devalvasiya ilə bağlı son çıxışına da münasibət bildirib:
"Samir Şərifov mənim kimi rusdillidir. Biz onunla bir yerdə təhsil almışıq. Rus dilində təhsil almış insanların əksəriyyəti əvvəlcə beynlərində düşünürərək Azərbaycan dilinə tərcümə edirlər, sonra isə bunu danışırlar. Buna oxşar hallar mənim özümdə də bir neçə dəfə olub. Samir müəllimin fikirlərində həqiqət var. O söyləmişdi ki, daimi möhkəmlənən valyutanın sonunda istehlak bazarında problemlər yaşanır, daxili istehsalçı malını sata bilmir, xaricdən gətirilən mallar daha rahat satılır və sairə. Yəni, yerli malların xaricdə istehsal olunan mallarla qarşı rəqabəti pozulur. Amma Samir müəllim çıxışında gərək onu deməli idi ki, gələcəkdə belə problem yaranmayacaq. Əgər bu proses 20 il indiki sürətlə davam etsə, o zaman Samir Şərifov cənablarının dediyi fikirlərdə müəyyən qədər həqiqət var. Burada digər makroiqtisadi amillər də var. Yəni, bir amili görə devalvasiya ola bilməz. Sadəcə olaraq, Samir Şərifov dövlət adamı, maliyyə naziri olduğu üçün insanların onun söylədiyi hər kəliməni çox ciddi qəbul edirlər".  

Deputat bu məsələ ilə bağlı həmkarı Vahid Əhmədovu da müdafiə edib:

"Vahid Əhmədov ağsaqqal deputatdır, biz tələbə kimi instituta gedəndə Vahid müəllim rəhbər vəzifələrdə çalışırdı. Hazırda da Vahid Əhmədov elmlər namizədidir, peşəkar iqtisadçı və deputat kimi öz işini yaxşı bilir. Mən də bu barədə fikrimi bir alim, professor kimi deyirəm. Vahid müəllim Samir Şərifovun unutduğu bəzi məqamları söyləyib ki, əhali səhv anlamasın. Bu baxımdan da mən də hesab edirəm ki, yaxın vaxtlarda devalvasiya gözlənilmir. Ümumiyyətlə, belə bir ssenari yoxdur və ola da bilməz".  

Bir sıra banklarda dolların bahalaşması məsələsinə də toxunan R.Quliyev bu cür halların yaranmasının əsas səbəbinin son baş verən proseslər olduğunu söyləyib:

"Görünür ki, devalvasiya ilə bağlı son çıxışdan sonra insanlar əsassız şəkildə narahat olmağa başlayıb. Ona görə də əhali arasında ajiotaj yaranıb. Baş verənlərdən sonra kimi dindirirsən, deyir ki, evimdə 1000 manat pul var idi, tez dollara çevirdim və sairə.  Yəni, dollara təlabat artdığı üçün də banklar dolların satışını qaldıra bilərlər. Təbii ki, bu cür hallar valyuta bazarına təzyiq göstərir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı