Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7946
az

İmmuniteti gücləndirir, xərçəng riskini azaldır — NARİNGİNİN BİLİNMƏYƏN FAYDALARI

20:2614 Dekabr, 2018
779
CƏMİYYƏT
  • A
 Qış aylarının vaz keçilməz meyvələrindən biri də naringidiri.“Oxu24.com” xəbər verir ki, tərkibində C, A, B vitaminləri, kalsium, lif, potasium, dəmir və fosfor olan naringi sağlamlıq mənbəyidir. İmmunitet sistemini gücləndirməkdən tutmuş, xərçəng riskini azaltmağa qədər bir çox faydası var. Oxucularımıza naringinin bilinməyən faydalarını təqdim edirik. İmmunitet sistemini gücləndirir

Naringinin tərkibindəki C vitamini və flavonoidlər immunitet sistemini gücləndirir.
Yeni hüceyrələr yaradır

Naringinin tərkibi B vitamini ilə zəngindir. Bu maddə orqanizmdə DNA və RNA yranmasında iştirak edir və yeni hüceyrələrin yaranmasını dəstəkləyir.

Xərçəngə qarşı
Naringinin tərkibindəki folat xərçəngə səbəb olan DNA dəyişikliklərinin qarşısını alır. Ağ ciyər, döş, qida borusu və mədə xərçəngi kimi xərçəng növlərinin inkişafının qarşısını alır.
İştah
Naringinin tərkibindəki pektin maddəsi uzun müddət toxluq hissi yaradır. Aparılan araşdırmalara əsasən, naringi kökəlmə problemi olan insanlarda iştah nəzarətinə kömək edir və kalori qəbul etməyin qarşısını alır.
Yüksək qan təzyiqinin qarşısını alır
Naringinin tərkibindəki potasium yüksək qan təzyiqinin qarşısını alır, infark riskini azaldır. Bundan başqa flavonoidlər xolesterolun azalmasına təsir edir. Sümük əriməsinə qarşı
Potasium həm də sümük sağlamlığı üçün vacib bir mineraldır. A vitamini və potasium sağlam sümük inkişafını dəstəkləyir və sümük əriməsinin qarşısını alır.
Yaraları sürətlə sağaldır
Naringinin tərkibində olan C vitamini orqanizmdə kollagen sintezi üçün önəmlidir. Kollagen yaraların tez sağalmasını təmin edir.
Dəmir sovrulmasını artırır
C vitamini eyni zamanda qidalarla qəbul edilən dəmirin orqanizm tərəfindən sovrulmasını təmin edir.
Göz xəstəliklərinə qarşı
Naringinin tərkibində olan A vitamini göz üçün faydalıdır. Kifayət qədər A vitamini qəbul etmək toyuq korluğu, degenerasiya və katarakt yaranması riskini azaldır.
Qanın tərkibindəki şəkər
Naringinin tərkibindəki flavonoidlər diabetə qarşı mübarizədə rol oynayır. Bu maddə xəstəliyə səbəb olan molekulları neytrallaşdıran antioksidantlardır.
Qabığını atmayın
Naringinin qabığındakı ağ liflərin tərkibi həzm sistemi üçün faydalıdır. Bundan başqa ağ liflərin tərkibində pektin və diet lifi var. Bu isə xolesterolu azaldır, qanda şəkərin miqdarını balanslaşdırır.
Çəyirdəyi atın
Naringinin tərkibində olan çəyirdəyi atın. Çünki çəyirdək korbağırsağın yaranmasına səbəb olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı