Ermənistan baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini Qriqor Minasyanı vəzifəsindən azad edib.
OXU24.COM musavat.com-a istinadən bildirir ki,Qriqor Minasyan Ermənistan Vəkillər Palatasının üzvüdür, "AM" Hüquq Bürosunun rəhbəridir.
Q.Minasyan ilin əvvəlində bu vəzifəyə təyin edilmişdi. Nazir postu isə bu ilin oktyabr ayından, Karen Andreasyan Ali Məhkəmə Şurasına getdikdən sonra boş qalıb.
Ətraflı
Yerli mətbuatın xəbərinə görə, Minasyan keçmiş ədliyyə naziri Karen Andreasyanın yaxın dostu olub.
Qriqor Minasyanla bağlı digər maraqlı məqam onun Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın qardaşı olmasıdır. Mikael Minasyan Paşinyan hökumətinə qarşı ən sərt tənqid və ittihamlar yazan siyasətçilərdən hesab olunur.
Oxu24.com
ŞƏRHLƏR