Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79423
az

Polisin saxladığı sürücünün sonrakı taleyi nə oldu? - VİDEO

20:2425 Dekabr, 2022
1797
REDAKTORUN SEÇİMİ
  • A

Ucarda sürücü müəmmalı şəkildə yoxa çıxıb. 

Oxu24.com-un  xəbərinə görə, ötən gün gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz nəqliyyat vasitəsini rayon ərazisində saxlayıblar. Sənət təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.

Qeyd edək ki, onun yaxınlıqdakı kanala düşməsi də ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər. Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyatı üzrə təhvil verilib.

Bu gün S.Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. S. Vahidovun tapılması istiqamətində axtarışlar davam edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüeynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO