Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7942
az

Yevlaxda qadını əri qoyunlara görə öldürdü - TƏFƏRRÜAT

18:1914 Dekabr, 2018
642
  • A
 Yevlax rayonunda qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı Saday Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.

Saray Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə Saday Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.

Qeyd edək ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
İmişlidə qadının oğurlanması ilə bağlı əməliyyat- 3 nəfər saxlanıldı