Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7941
az

Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB

17:5214 Dekabr, 2018
1093
İQTİSADİYYAT
  • A
Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan CAVAB

"Şəhid ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəsini doğurmasın”
 
 Oxu24.com Sfera.az-a istinaden açıqlamasında bu sözləri iş adamı Füzuli Məmmədovun dövlətin öz öhdəliklərini guya vaxtında yerinə yetirə bilmədiyini əldə bayraq edərək, 100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazır olduğunu deməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Zahid Oruc deyib: 
 "Kimsə şəhid ailəsinə yardım edirsə, bu alqışlanılası hadisədir. Ümumən Azərbaycanda rütbəsindən, sosial mənşəyindən, idarəetmə orqanlarında çalışıb-çalışmamalarından asılı olmayaraq, hər bir kəs istər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həyatını itirən insanların ailə üzvləri hamı tərəfindən yüksək dəyər alsın. Bəlli faktdır ki, dövlətimiz Ulu Öldər Heydər Əliyev zamanında müharibə dövründə belə qeyd etdiyimiz təbəqədən olan insanları həmişə yüksək tutub, onların və ailə üzvlərinin maddi-mənəvi qayğılarını daşımağa çalışıb. O illərdə Heydər Əliyev bir çox ailələri şəxsən ziyarət edib. Bundan əvvəlki liderlərin heç birinin timsalında bunun şahidi olmamışıq. Yaxşı xatırlayıram ki, baş nazirin müavini İzzət Rüstəmovun vəzifəyə təyinatı məhz övladının şəhid olması amililə bağlı idi.

Bundan sonrakı illərdə də torpaq bütövlüyü uğrunda mübarizə aparan insanları bu və ya digər siyasi cinah və cəbhələrə çəkməyə cəhdlər olub. Həmçinin qeyd etdiyiniz kimi bu yardımları əldə bayraq edərək, onu siyasiləşdirən və prosesdən kapital qazanmaq istəyənləri də görmüşük. Digərləri də dediyiniz insanların problemləri üzərindən xal qazanmağa çalışırlar. Bəzən acınacaqlı şəraitdə olan hər hansı bir insanı tapıb, on illər ərzində dövlətin minlərlə insana mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi evləri danmaq, bu tədbirləri  inkar etmək mövqeyi sərgiləyirlər. Şübhəsiz ki, şəhid ailələrinə dövlət rəhbəri tərəfindən aprelin 19-da verilən məlum sərəncam müqəddəs mahiyyət daşıyır. Çünki gerçəkdən keçən əsrin 80-ci illərin sonu, 90-cı illərin ortalarında baş vermiş hadisələr zamanı dövlətin öhdəliyinin məhz indi yerinə yetirilməsi özəlliklə mənəvi əhəmiyət kəsb edir. Buna görə də şəhid ailəsinin təminatını kiminsə üzərinə götürmək istəyi meydana çıxırsa, bu elə bir səviyyədə reallaşdırılmalıdır ki, dövlətin guya bunu etmədiyi nəticəni doğurmasın.

Bu il üçün 58, gələn ilki büdcədə isə həmin məsələ üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. İlin sonuna qədər sözügedən istiqamətdə aparılan araşdırmalar yubanarsa, növbəti ildə həmin vəsaitlər son nəfərinə qədər nəzərdə tutulan insanlara birmənalı olaraq ödəniləcək. Belə olan təqdirdə, hər hansı bir hərəkət elə bir kontekstdə baş verməlidir ki, bu halda məram xoş olsun, nəticəsi gerçəkdən hamı tərəfdən qəbul edilsin, gələcəkdə nümunəyə çevrilsin. İnsanların şəhid ailələrinə köməyi dəyirsə və onun  alt qatında başqa istehlakçı maraqları gizlənmirsə, onu hər kəs müdafiə etməyə çalışmalıdır”.
 
Milli Məclisin deputatı Tahir Kərimli də qeyd etdi ki, F. Məmmədov etmək istədiyi xeyirxah işi, guya bunu dövlətin əvəzinə gördüyü kimi yozmamalıdır:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı