Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79380
az

Zəngilandakı "Dost Agropark" işçilər axtarır - VAKANSİYALAR

09:0125 Dekabr, 2022
574
ELANLAR
  • A

Dost Agropark

Vergi üzrə kiçik mütəxəssis
Ətraflı

Son tarix 21 yan 2023 - [email protected]

Vəzifə öhdəlikləri:
Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların təqdim olunması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Gündəlik əməliyyatların 1 C proqramında uçota alınması;
Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar: 
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; 
Müvafiq sahə üzrə təcrübəsi olması üstünlükdür;
Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
Elektron portallarda işləmək bacarığının olması;
Gömrük bəyannamələri əsasında işləmə bacarığı;
Vergi qanunvericiliyi üzrə biliklərə sahib olmalı;
MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli.
İş şəraiti:
İş vaxtı: 6 günlük iş rejimi;
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi üzrə kiçik mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 31.01.2023-ci il

 

Baş mühasib
Son tarix 21 yan 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar: 
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; 
Müvafiq sahə üzrə minumum 3 il təcrübə;
Analitik düşünmə bacarığı;
Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
1 C proqramından yüksək səviyyədə istifadə edə bilməli;
Problem həlletmə bacarığı.
İş şəraiti:
İş vaxtı: 6 günlük iş rejimi 
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 31.01.2023-ci il

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi