Aprel döyüşlərində erməni əsgərlərinə keyidici iynələrin vurulduğu məlum olub.
Erməni sosial şəbəkə istifadəçiləri 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş Ermənistan ordusunun hərbi qulluqçularının müharibə zamanı real vəziyyətini öyrənmək üçün onların yaxınlarından öz fikirlərini yazmalarını xahiş ediblər.
Sorğuda iştirak edən Aprel döyüşləri iştirakçılarının yaxınları həm ermənilər, həm də bəşəriyyət üçün çox vandal bir faktın üstünü açıblar.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi bu günə qədər bu faktı gizlətməyə çalışsa da, döyüşlər davam edən müddətdə erməni əsgərlərinin qorxub qaçmalarının qarşısını almaq, silahlarını atmamaları və anlaqsız vəziyyətdə özlərini güllənin qabağına vermələri üçün onlara hissiyyatlarını keyləşdirən iynələrin vurulduğu üzə çıxıb.
Erməni ictimaiyyəti arasında geniş rezonans doğuran bu hadisə döyüşlərdə ölmüş hərbi qulluqçuların valideyn və yaxınlarının ciddi narazılığına səbəb olub. Onlar hərbiçilərin hansı şəraitdə öldüklərini araşdırmaq üçün komissiyanın yaradılmasını tələb edirlər. /Axar.az/
Oxu24.com
ŞƏRHLƏR