Bakının Xəzər rayonununda hamilə qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü S. Qafarovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR