Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79242
az

Qadına hücum edən şəxs tutuldu

10:2722 Dekabr, 2022
185
KRİMİNAL
  • A
Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini olan bir qadın 700 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat verib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayonun Əhmədli kənd sakini Rüfət Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs şəhər ərazisində alış-veriş edən qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Həmin qadın yaşadığı evə daxil olmaq istəyərkən R.Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb