Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Oxu24.com Report-a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cu il təvəllüdlü Ş.H-nın və onu qaçıran Habil İsmayılovun yeri müəyyən edilib. 15 yaşlı qız ailəsinə təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, 15 yaşlı qız evlənmək məqsədi ilə könüllü olaraq qoşulub qaçıb. Bu səbəbdən cinayət işi başlanmayıb. Hər iki şəxsdən izahat alınaraq sərbəst buraxılıb Oxu24.com
ŞƏRHLƏR