Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qızları Anuş və Satenik Sarkisyanlar qanunsuz əldə etdikləri əmlakla bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.
Oxu24.com Ermənistan mətbuatına istinadən xəbər verir ki,ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na təyin edilib.
Həmin gün sabiq prezidentin qardaşı oğlu Narek Sarkisyan və həyat yoldaşı Anna Nikoyan da məhkəməyə çağırılıb.
Məhkəmə xatırladıb ki, iclasa gəlməmək işə baxılmasına maneə deyil.
Ermənistanın üçüncü prezidenti Levon Sarkisyanın qardaşı, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR