Müğənni Elnarə Xəlilova valideynlərə müraciət edib.
Oxu24.com Primetime.az-a istinadən xəbər verir ki, sənətçi övladının sinif yoldaşının konfetdən zəhərləndiyini bildirib. O, sözügedən şirniyyatın uşaqlara pis təsirindən söz açıb:
“Miryunisin nədən zəhərləndiyi artıq məlum olub. Sizlər də övladlarınızı bu konfetdən qoruyun. Artıq məktəbdə satışı dayandırılıb, siz də almayın. Məlum olub ki, onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun. Bu hadisə 2 gün öncə oğlumun sinif yoldaşının başına gəlib. Uşaq 1 gün reanimasiyada bayılmış vəziyyətdə qalıb. Şok vermişdi ona. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”. Oxu24.com
ŞƏRHLƏR