Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7906
az

Ofisiantlar, dərzilər bu qədər vergi verəcək - Bəs kimlər vergi verməyəcək? :yeni qaydalar TƏSDİQLƏNDİ

15:1713 Dekabr, 2018
950
CƏMİYYƏT
  • A
 Xəbər   verdiyimiz kimi Vergi Məcəlləsinə dəyişiklik qəbul olundu, 2019-cu ilin yanvarından yeni qaydalar tətbiq ediləcək.


Bəs yeniliklər nədən ibarətdir? Femida.az xəbər verir ki, bununla bağlı Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov ətraflı şərh verib.

1. İaşə obyektlərində müştərilərə xidmət edən və fərdi qaydada fəaliyyət göstərənlər sadələşdirilmiş vergi üzrə aylıq sabit vergi ödəycəklər:

a) Ofisiantlar - 30 manat;
b) bərbərlər - 20 manat;
c) dərzilər - 10 manat.

Əlavə olaraq, sabit vergi ödəyiciləri işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və s. əldə etdiyi vəsaitin məbləğindən (gəlirlərdən) 2 % ödəməkdən azad olunacaq. Lakin zonalar üzrə əmsal əlavə hesablanmaqla ödəniləcək. Məsələn, Bakıda, 2 əmsaldır, ödəniş ofisiant üçün 60 manat təşkil edəcək.


2. Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri:

a) Minik avtobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrə görə – 0,30 manat (hazırda 0,20 manat);
b) Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat);
c) Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat);
d) Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat);
e) Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

3. Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilirlər:

a) Alkoqollu energetik içkilərin hər litrinə 2 manat; - Alkoqolsuz energetik içkilərin hər litrinə 3;
b) Siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1 mamat;
c) Elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat.
d) Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin (faktiki hasil) 1000 ədədinə görə -20 manat (hazırda 12 manat);

4. Avtobuslar (aksiz dərəcəsi)

a) Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat;
b) Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat;
c) Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat;
d) Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat;
e) Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat;
f) İdxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq.

5. Ticarət fəaliyyəti

a) Ticarət ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur.
b) İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.
c) Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi, (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanacaq:
a) Ticarət fəaliyyəti üzrə -6%;
b) İctimai iaşə fəaliyyəti üzrə - 8%;
c) Sadələşdirilmiş vergi (VM-nin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən -2% .
Qeyd: bu vergi hazırda Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.
Ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək.

7. Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların (yeni yaranan və inkişaf mərhələsində olan şirkətlər) “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunacaq.

8. Vergidən azadolmalar

a) Nağdsız qaydada hesabat olunan  mənfəətinin 10%-dən çox olmayan hissəsini təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur (paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olunur).
b) Vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunurlar.
c) KOB (kiçik və orta biznes) klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad edilir. Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+