Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79005
az

1 manat 70 qəpiyə görə həbs olundu

15:2517 Dekabr, 2022
109
CƏMİYYƏT
  • A

Amerikanın Ohayo ştatının Uest Kerrolton şəhərinin sakini bankı soyub bir dollar oğurlamağa çalışıb və sonda dəmir barmaqlıqlar arxasına düşüb.

OXU24.COM  bildirir ki, bu barədə Yahoo News məlumat yayıb.

Səhər saatlarında 24 yaşlı Aleks Coşua Uilson "Fifth Third Bank"ın filialına girib. Kişi kassirlə danışdıqdan sonra ona bir qeyd uzadıb: "Bu, oğurluqdur. Mənə bir dollar ver". Qeyd əmanət blankının arxa tərəfində yazılıb.

"Silahlı olub-olmadığımı bilmirsiniz, ona görə də təcili zəng düyməsini sıxın", - quldur deyib. Kredit təşkilatının əməkdaşı tələb etdiyi kimi hər şeyi edib və panik düyməsini işə salıb. O, piştaxtanın üstünə bir dollarlıq əskinas qoyub, lakin Uilson onu götürməyib.

Qəribə quldur bankda qalıb, polisin gəlişini gözləyib və təslim olub. Polis hadisə yerinə gələrkən bankın təhlükəsizlik şirkətinin əməkdaşları şübhəli şəxsi izlədiklərini bildiriblər. Polisə Vilsonun təsvirini və onun hərəkətləri barədə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Uilsonun üzərində silah tapmayıblar.

Həmin şəxs quldurluqda ittiham olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftə sonları həddindən artıq yatmaq faydalıdır?
İş yerində bu qidaları yeməyin - SİYAHI
Vatsapdan şəkillərlə bağlı yenilik

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama