Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79002
az

Hava ilə bağlı XƏBƏRDARLIQ

15:0217 Dekabr, 2022
105
  • A

Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir:

“Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb.

Gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.

Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək.

Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçına bileti bu saytdan ala bilərsiniz
Kapital Bank-ın baş sponsoruğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi
Yaşar İsakovişdən çıxdı

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama