Xəbər verdiyimiz kimi, “Kapital Bank”gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.
Oxu24.com xəbər verir ki, dekabr ayının 11-də layihənin 2-ci buraxılışının məzun günü keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Təcrübə zamanı yüksək nəticələr göstərən gənclərə isə mövcud vakansiyalar üzrə iş təklifi olunub.
Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçiblər. Sonrakı 2 həftə ərzində təcrübə proqramında iştirak ediblər. Son 2 ay ərzində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstəriblər. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat verilib, həmçinin gündəlik iş prosesində onların da iştirakı təmin edilib.
Qeyd edək ki, layihə çərçivəsində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində, həmçinin “Kapital Bank”ın bir neçə paytaxt filialında “Yaşa” Mərkəzinin təqaüdçüləri könüllü şəkildə yaşlı müştərilərə xidmət göstəriblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com
ŞƏRHLƏR