Salyan rayonunda sabiq vəzifəli şəxs dünyasını dəyişib.
Oxu24.com-un məlumatına görə, bu gün axşam saatlarında Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Fərzəliyev Ağahüseyn Qulam oğlu 66 yaşında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, A. Fərzəliyev 1956-cı ildə Salyan rayonunun Noxudlu kəndində doğulub. Müxtəlif sahələrdə çalışan A. Fərzəliyev rayonda vergilər idarəsinin, sonra Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifələrində işləyib.
Ötən il yaş həddinə görə pensiyaya çıxıb.
Mənbə:Report
Oxu24.com
ŞƏRHLƏR