Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7897
az

18 saylı marşurutun sürücüləri əhalini niyə aşağılayır? - Daha bir video və şirkətlə bağlı sensasion məlumat

11:5513 Dekabr, 2018
1007
CƏMİYYƏT
  • A
 
Bakıda ictimai nəqliyyatda daha bir qayda pozuntusu yaşanıb.

Femida.az xəbər verir ki, hadisə 18 saylı marşurut xətti ilə hərəkət edən avtobusda yaşanıb. 10 -TH-327 dövlət nömrə nişanlı avtobusun sürücüsü bir neçə dəfə ciddi qayda pozuntusuna yol verib. Belə ki, Hüseyn Cavid prospekti ilə hərəkət edən sürücü ilk öncə qaydaları pozaraq sərnişinləri qarşı qapıdan düşürüb.Daha sonra əsəbi halda avtobusun qapısı açıq şəkildə nəqliyyat vasitəsini idarə edib. Daha sonra qeyd olunan avtobusun sürücüsü iki dəfə qəza şəraiti yaradır. Sərnişinlərdən sürücüyə etiraz edən olsa da, o buna məhəl qoymayıb. "Özüm bilərəm, sizin yaşınız qədər mənim stajım var", deyərək əsəbi halda idarə etməyə davam edib. Xatırladaq ki, 18 saylı marşurut xəttinə “Xaliq Faiqoğlu” MMC nəzarət edir.Şirkət 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayıb.

Oxu24.com qeyd edir ki, sözügedən şirkətlə bağlı “Hafka” kimi tanınan məşhur iş adamı Hafiz Məmmədov müflis duruma salınmasından səbəblərindən biri haqda bu günlədə haqqin.az saytına sensasion fakt açıqlayıb. Bildirib ki, onun şirkətinin dövlət dəstəyi hesabına ölkəyə idxal etdiyi sərnişin avtobuslarından bir hissəsini “Xaliq Faiqoğlu” MMC şirkəti (Bakıda sərnişindaşıma ilə məşğuldur) götürüb, amma pullarını verməyib. Söhbət bu şirkətin rəhbəri Faiq Xaliqoğlunun “Hafka”ya olan və bu günə qədər ödənilməmiş qalan 23 milyon dollar borcundan gedir.

“Hafka” nəql edir ki, belə şirkətlərdən biri qalmaqallı iş adamı, adı əvvəllər də Eldar Mahmudovun qruplaşmasında hallanan Faiq Seyidova məxsus olan “Xaliq Faiqoğlu” MMC (oğlunun adını daşıyır) idi. Belə ki, H.Məmmədovun gətirdiyi avtobuslar hələ də bu şirkətə məxsus marşrutlarda işləyir.

Hafka”nın bildirdiyinə görə, Faiq Seyidov özü hər yerdə deyir ki, onun borcu cəmi 1,7 milyon dollar idi. Və bu pulları Hafiz Məmmədova çoxdan qaytarıb. Lakin o, 23 milyon dollar borcundan cəmi 3 milyon dollar qaytarıb. “1,7 milyon dollara gəldiksə isə xatırladıram ki, həmin pul onun bizim şirkətlərdən biri qarşısındakı borcu idi. Yəni bu adamın əsas borcu bu günə qədər ödənilməyib. Heç olmasa mənim bu çıxışımdan sonra nəqliyyat maqnatının yaddaşının oyanacağına və borcumu qaytarmaq barədə düşünəcəyinə ümid edirəm. Biz ona 23 milyon dollarlıq borc barədə sənədləri təqdim edə bilərik, amma əmin deyiləm ki, Faiq Seyidov həmin pulları bizə ödədiyi haqda qəbzlər təqdim edə bilsin”-H.Məmmədov deyir.


Xatırladaq ki, Faiq Seyidov ötən iş adamı Azadxan Xanmmədovla daşınmaz əmlak münaqişəsi ilə gündəmə gəlmişdi. Bu münaqişə Azadxan Xanməmmədovun həbsi ilə nəticələnib. Xanməmmədovun vəkilləri bildirirdi ki, Faiq Seyidov iş adamının mülkiyyətində olan daşınmaz əmlakdan 5 ildən çoxdur supermarket kimi istifadə edib, icarə haqqı da ödəməyib və üstəlik obyekti boşaltmaqdan imtina edib. A.Xanməmmədov “Riyad” mühafizə şirkəti ilə obyektinin mühafizəsinə dair müqavilə bağlayıb mülkiyyətinə sahib çıxmaq istəyəndə F.Seyidovun adamları ilə münaqişə baş vermişdi. Və Seyidovun şikayəti əsasında A.Xanməmmədov həbs edildi.

Daha sonra üzə çıxdı ki, Faiq Seyidovun oğlu 2014-cü ildə Bakıda Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabitini avtomobillə vurub. Zabit aldığı xəsarətlərdən hospitalda keçinib. Amma iş adamı ərköyün övladını cinayət məsuliyyətindən yayındırmaq üçün zabitin “xəstəliklər nəticəsində öldüyü” barədə rəy alıb. Ötən il bu məsələ ilə bağlı yeni sənədlər açıqlanandan sonra hüquq-mühafizə orqanları ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini təzədən araşdırmağa başlamışdılar.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi