Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78962
az

Azərbaycan Rumıniyaya qaz tədarükünə başlayır

19:5216 Dekabr, 2022
332
İQTİSADİYYAT
  • A

Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Romgaz S.A." arasında Azərbaycan Respublikasından Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.

SOCAR-dan bildirilib ki, müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir.

Sözügedən müqavilə 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb. Memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu şirkət Azərbaycan bazarını tərk edir
Azərbaycan nefti bahalaşdı -Son qiymət
Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Goranboyda məktəbli     qız       qaçırıldı