Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78936
az

ABŞ hərbiyə rekord sayda pul ayırdı

14:1116 Dekabr, 2022
109
DÜNYA
  • A

ABŞ  Senatı    858 milyard dollarlıq  hərbi büdcəni təsdiqləyib.

 

Oxu24.com xəbər verir  ki, Reuters agentliyinin məlumatına görə, bu məbləğin ən azı 800 milyon dolları Ukraynaya hərbi yardıma xərclənəcək.


Sənəd böyük səs çoxluğu ilə qəbul edilib: 83 senator lehinə, yalnız 11 senator əleyhinə səs verib. Büdcə əvvəllər Nümayəndələr Palatası tərəfindən təsdiq edilib. Baydenin tezliklə onu imzalayacağı gözlənilir.

2023-cü ilin hərbi büdcəsinə hərbi qulluqçuların maaşlarının artırılması, yeni silahların, o cümlədən gəmilərin və F-35 qırıcılarının alınması, həmçinin hipersəs silahlarının hazırlanması üçün əlavə vəsaitlərin ayrılması daxildir.

Bundan əlavə, NDAA Rusiya işğalına qarşı mübarizədə Tayvan və Ukraynaya dəstək üçün vəsait ayırmağı planlaşdırır. Xüsusilə, ABŞ Kiyevin sərəncamında olan texnika ehtiyatlarını artırmağı və müharibənin davam etdirilməsi üçün vacib olan sursatları tədarük etməyi planlaşdırır.

Kreml bundan əvvəl ABŞ-ın hərbi büdcə layihəsinin Rusiyaya münasibətdə “görünməmiş qarşıdurma” olduğunu bildirib.

ABŞ-ın əvvəlki hərbi büdcəsi 740 milyard dollar idi.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO