Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78836
az

Putin ABŞ və Böyük Britaniyanı vura biləcək raket hazırlayır

23:3414 Dekabr, 2022
106
REDAKTORUN SEÇİMİ
  • A

Rusiya prezidenti Vladimir Putin ABŞ  və Böyük Britaniyanı vura biləcək  nüvə başlıqlı  raketdən istifadəsinə hazırlaşır.

 

Oxu24.com xəbər verir  ki, bu  barədə   New York Post yazır.


Nəşr qeyd edir ki, çərşənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Yars” adlı yeni nüvə raketinin görüntülərini yayıb. Videoda o, Kaluqa vilayətindəki Kozelsk hərbi kompleksinin minasında quraşdırılıb.

ICBM 7500 mil məsafəyə malikdir. Yars ilk dəfə 2009-cu ildə buraxılmış Topol-M raket sisteminin modifikasiyasıdır. Nəşrin məlumatına görə, o, xüsusi nəqliyyat-yükləmə qurğusundan istifadə etməklə şaxtanın işə salınma meydançasında quraşdırılıb.

Rus təbliğatçıları iddia edirlər ki, “Yars” raket sistemi “Xirosimanı məhv edən Amerika bombasından 12 dəfə çox məhsuldarlığa malikdir”. Oktyabr ayında Ukrayna ilə müharibə ilə bağlı yüksək gərginlik fonunda Putin oxşar raketin buraxılmasına nəzarət edib.

Rusiya raket qüvvələrinin komandanı, polkovnik Aleksey Sokolov bir müddət əvvəl bildirib ki, son təlim “Qərb üçün siqnal olmalı idi”, çünki “həm ABŞ, həm də Avropa raketlərin uçuş məsafəsindədir”.

"Vətən daha bir nüvə raket silahı alacaq ki, bu da strateji səviyyədə istənilən vəzifəni həll etməyə imkan verəcək", - Sokolov o zaman deyib.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saqqallı kişilər cərimələnir
Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı