ABŞ-ın Florida ştatının sakini Orlando şəhərində yanacaqdoldurma məntəqəsində bankı və mağazanı qarət edib və hərəkətini darıxması ilə izah edib.
OXU24.COM bildirir ki, bu barədə "Times Now News" xəbər verir.
Səhər saatlarında banka girən şəxs kassirə üzərində "Hücum" və "Pul" sözləri yazılmış kağızı verib. Kassir quldurun silahlı olduğuna inanıb və pulu ona verib, bundan sonra hücum edən şəxs qaçıb. Bundan sonra hadisə yerinə polis gəlib.
İki gün sonra, saat 19:00 radələrində şübhəli şəxs yanacaqdoldurma məntəqəsindəki mağazaya daxil olub. O, satıcıya "Zəhmət olmasa, mənə pulun hamısını və bir paket siqaret verin" yazılmış kağızı uzadıb. Soyğunçuluq zamanı cinayətkarın əlləri cibində olub. Bu yolla kişi silahlı olduğunu göstərməyə çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 2 dəqiqə sonra hadisə yerinə gələndə soyğunçunun yanacaqdoldurma məntəqəsinin qarşısında oğurlanmış pul və siqaretlə dayandığını görüblər. Saxlanılan şəxs 45 yaşlı Nikolas Zapater-Lamadrid olub. O, törətdiyi cinayətlərdə özünü təqsirli bilib və darıxdığı üçün quldurluğa getdiyini bildirib.
Hər iki oğurluq zamanı həmin şəxs üzərində "Polis" yazısı olan eyni qara papaq və gün eynəyi olub. Cinayətkar həbs edilib.
Oxu24.com
ŞƏRHLƏR