Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78799
az

Əhaliyə sevindirici xəbər - Yanvarın 1-dən qüvvəyə minəcək (VİDEO)

10:1414 Dekabr, 2022
345
CƏMİYYƏT
  • A

Yanvarın 1-dən malların gömrükdən buraxılışı daha da sürətləndirilir. Ona görə də artıq əvvəlki kimi ölkəyə gətirilən və ölkədən çıxarılan mallar günlərlə gömrükdə saxlanmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən komitə iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə gömrük orqanına daxil olan müraciətə maksimum bir gün müddətində baxılmasının təmin olunması təklif olunur.
Ətraflı

Millət vəkili Vüqar Bayramov hesab edir ki, təklif edilən məsələlər sahibkarların idxal və ixrac xərclərinin, eləcədə idxal və vaxt itkisinin sayını azaldacaq.

Digər bir təklif isə malların çıxarılması üçün gömrük prosedurları zamanı sənədlərin tam elektronlaşdırılmasıdır. Təklifə əsasən, əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəxanaya yeni direktor təyin edildi
Zərdabda minik avtomobili yandı
Olimpiya mükafatçısı İlham Əliyevdən üzr istədi


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı