Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7872
az

Bu xəbəri mütləq oxuyun: Sizi böyük miqdarda CƏRİMƏLƏR gözləyir - Hüquqşünasdan müraciət

13:1712 Dekabr, 2018
1538
HÜQUQ
  • A
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində ciddi dəyişikliklər edilib. Yeni dəyişikliklərdən cəmiyyətin böyük hissəsi xəbərsiz olduğundan gözlənilməz cərimələrlə qarşılaşa bilərsiniz.

Femida.az yeni dəyişikliklərin şərh edilməsi məqsədi ilə hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovla əlaqə saxlayıb.Hüquqşünasın sözlərinə görə, qeyd olunan dəyişiklik çoxdan gözlənilən idi və xüsusilə gəncliyin sağlam mühitdə böyüməsinə yüksək təsir göstərəcək. Hüquqşünas yeni dəyişikliklərlə bağlı cərimələrin qüvvəyə mindiyini və əhalinin diqqətli olmalarını diqqətə çatdırıb.

Aşağıdakı hallara görə cərimə edilə bilərsiniz:

- Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cərimə edilir.

- Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə -

əlli manat məbləğində cərimə edilir.

- “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə -

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.”.

Hüquqşünas həmçinin bildirib ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatına asan çatımlığı təmin edənlərə və cəlb edənlərə çox yüksək (50-1200 manatadək) cərimələr tətbiq ediləcək. Bu mövzuda əhalinin daha çox diqqətli olmalarını və qanunun bəndinə əməl etmələrinin vacibliyini diqqətə çatdırıb.

Bəs cərimələrdən yaxa qurtarmaq üçün nə etməli?

Nicat Gözəlovun sözlərinə görə, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Əgər, sənəddə qanunvericilikdə göstərilən yaş həddindən aşağı yaşda müştəridirsə, ona tütün məmulatlarını satmaqdan imtina etməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı