Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
787
az

Azərbaycan Belarusdan 10 “Polonez” raket kompleksi alır –

16:0018 Aprel, 2018
1248
HƏRBİ
  • A
 Azərbaycan Belarusdan on ədəd  “Polonez” yaylım atəşli reaktiv sistemi alır.

Belarus 2018-ci ildə raket sistemlərinin ilk ixrac müqaviləsini həyata keçirməyə hazırlaşır. Ehtimal edilən ilk sifarişçinin isə Azərbaycan olduğu qeyd edilir.

Mənbənin sözlərinə görə, artıq Müdafiə nazir Zakir Həsənov bununla bağlı Belarusa səfər edib və texnika ilə tanış olub.

“Kommersant”ın mənbəsi bildirir ki, bu müqavilə Ermənistanda çox mənfi qarşılanacaq.

Mənbə artıq ixracla bağlı hüquqi sənədlərin final mərhələsində olduğunu, adını açıqlamadığı sifarişçinin isə “maliyyə məsələlərini həll etmək üzrə” olduğunu qeyd edib.

Qeyd edək ki, prezident Lukaşenkonun tapşırığı ilə yaradılan “Polonez” Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə alternativ hesab edilir

Prezident Aleksandr Lukaşenko 2015-ci ilin payızında mətbuata müsahibəsində “Polonez”in ortaya çıxma səbəblərindən danışaraq bildirmişdi ki, Belarusun tələb etdiyi raket sistemləri Rusiya tərəfindən Minskə verilməyib. Nəticədə Belarus sözügedən layihəni həyata keçirmək məcburiyyətində qalıb: “Əgər Rusiya Belarusu raket silahları ilə təchiz etsəydi, rəsmi Minskə “Polonez” kimi yeni raket yaratmaq və böyük vəsait xərcləmək lazım olmazdı”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir