Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78578
az

Bayden Zelenski ilə danışdı

09:5812 Dekabr, 2022
206
DÜNYA
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Bildirilib ki, V. Zelenski amerikalı həmkarına ötən cümə günü elan olunmuş növbəti müdafiə yardımı paketinə, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, Rusiyanın təcavüzünə qarşı beynəlxalq səylərin birləşdirilməsinə rəhbərlik etdiyinə görə minnətdarlığını bildirib.

Volodimir Zelenski Ukraynanın sülhə nail olmağa çalışdığını vurğulayıb və bu məqsədə çatmaq üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Məhz bu səbəbdəndir ki, G20 sammiti zamanı Ukrayna Prezidenti on kritik vacib addımı özündə əks etdirən sülh düsturunu təqdim edib və onun həyata keçirilməsi müharibəni dayandırmağa imkan verəcək.

Ukrayna Prezidenti bu mühüm istiqamətdə gələcək işlərlə bağlı Ukrayna tərəfinin mövqeyini bildirib və Qlobal Sülh Sammitinin çağırılması təşəbbüsü ilə çıxış edib.

Vladimir Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə minnətdarlığını bildirib. Bu, təkcə döyüş meydanında uğur qazanmağa kömək etmir, həm də Ukrayna iqtisadiyyatının sabitliyini dəstəkləyir.

Eyni zamanda, V. Zelenski Rusiyanın raket terrorunun nəticələri barədə məlumat verib.

Bu kontekstdə Prezident ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi yardımı qeyd edib. Volodimir Zelenski bu sahədə əməkdaşlığın dərinləşməsinə ümid etdiyini bildirib.

Dövlət başçısı həmçinin hava hücumundan müdafiənin effektiv formalaşdırılmasının vacibliyini vurğulayıb. Volodimir Zelenski prezident Cozef Baydeni Ukraynanın mülki əhalisini və onun mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Ukraynanın dövlət başçısı lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu təsdiqlədiyinə, habelə ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə aydın və ardıcıl sadiqliyinə görə ABŞ liderinə təşəkkür edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı